Fatimeделится впечатлением8 лет назад
👍Советую
🔮Мудро

Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm.
İçdiyim suyunun sidik kisəsi,
Yediyim çörəyinin bağırsağıyam.
Bu gündən öz qocalığımın uşağıyam,
Öz ölümümün qocasıyam.
Bakı, yazıb bildirirəm ki, sənin heç kimin deyiləm.
Şamlarını birdən yandırmağı bacarmıram
Amma üfürüb birdən söndürürəm.
İşıq ömür, zülmət an məsələsidi, Bakı!
Dünyaya gətirmədiyim uşaqların Uşaq Bağçasıyam!

  • Войти или зарегистрироваться, чтобы комментировать