Sabina Aliverdyцитирует4 года назад
İnsan bir axtarışdır, sual deyil, axtarış. Bir suala ağılla cavab verə bilərik, amma bir axtarış varoluşla həll olunmalıdır. Bu müəyyən suallara deyil, var oluşumuza cavab axtarmaqdır.
Bu bir axtarışdır, çünki suallar başqaları haqqındadır. Axtarış isə insanın özü haqqındadır. İnsan özünü axtarır. O var olduğunu bilir, amma kim olduğunu bilmir. Buna görə də, hər insan doğulanda onun ən dərindəki özündə böyük bir sorğu-sual baş qaldırır. Biz bu sorğunu yatıra bilərik, onu yönləndirə, fərqli sorğularla dəyişə bilərik, amma onu öldürə bilmərik. Onu yox etməyin heç bir yolu yoxdur, çünki o, insan təbiətinə xas olan bir şeydir. İnsanın özünü axtarmağının fərqində olmasıyla əlaqədardır
  • Войти или зарегистрироваться, чтобы комментировать