Allahyar Muradovцитирует7 лет назад
O adamları sevirəm ki, nifrət etməyi bacarsın­lar. Yalnız naqisliyə nifrət bəsləyən kəs fəziləti qiy­mət­lən­dirə bilər.
O adamları sevirəm ki, canlarını boş xəyallara, mə­nasız cəfəng ideyalara deyil, torpağa, vətənə fəda edir­lər, o torpağa ki, bir vaxt fövqəlinsanın məskəni ola­caq.
O adamları sevirəm ki, dünyaya kor gəlib, kor get­məsinlər, həyatdan bir şey anlasınlar, öləndə də ar­xayın olsunlar ki, ruhlarını az da olsa, kamilləşdirə biliblər.
O adamları sevirəm ki, canına cəfa verir, özündən son­ra bir iz qoymaq istəyir.
Mərd adamları sevirəm, çünki gözü ilə od gö­türə-götürə dünyanın qəm yükünü çiynində daşıma­ğa tək onların hünəri çatar.
O adamları sevirəm ki, közü öz qabağına çək­mə­sin, ruhunu saflaşdırmağın qeydinə qalsın.
  • Войти или зарегистрироваться, чтобы комментировать