b7297636632цитирует6 лет назад
Adamlar var ki, doğulmalı olduqları yerdə deyil, tamam başqa bir yerdə dünyaya gəlirlər. Ancaq tale onları hansı diyara atsa da, heç görmədikləri o doğma yerin həsrətini həmişə çəkirlər. Yaşadıq­ları yerdə bu cür adamlar özlərini qərib hiss edir, körpəlikdən tanı­dıq­ları yamyaşıl xiyaban­lar, oyandıqları izdihamlı küçələr onların ömür yolunda yalnız ötüb keçən bir mənzərə təsiri bağışlayır. Onlar doğmalar arasında yad kimi yaşayır, doğulduqları diyarda rəqib olurlar. Bəlkə elə bu qəriblik hissi o adamları harasa lap uzaqlara çəkib aparır, könül bağlayıb, yurd salıb həmi­şəlik yaşamağa çağı­ran hansısa bir qüvvə cəzb edir onları.
  • Войти или зарегистрироваться, чтобы комментировать