Taobashdanцитирует3 года назад
Əmtəə cisimlərinin duyulan qaba predmetliyinin tam əksinə olaraq, də­yərə [Wertgegenständlichkeit] bircə atom da təbiət maddəsi daxil deyil­dir. Siz hər bir ayrıca əmtəəni əl ilə yoxlaya və nəzərdən keçirə bilərsiniz, onunla istədiyinizi edə bilərsiniz, dəyər [Wertding] olaraq o sezilməz qalır. Lakin biz xatırlasaq ki, əmtəələr ancaq eyni bir ictimai vəhdətin – insan əməyinin ifadəsi olduğuna görə dəyərə malikdir, buna görə də onların dəyəri [Wertgegenständlichkeit] xalis ictimai xarakter­dədir, onda bizə özlüyündə aydın olur ki, həmin dəyər yalnız bir əmtəənin başqasına ictimai münasibətində təzahür edə bilər. Doğrudan da, biz əmtəələrdə gizli olan dəyərin izinə düşmək üçün əmtəələrin mübadilə dəyərindən, ya­xud mü­ba­di­lə nisbətindən başlayırıq. İndi biz dəyərin həmin təzahür formasına qayıt­ma­lıyıq.
  • Войти или зарегистрироваться, чтобы комментировать