Xuraman Memmedovaцитирует5 лет назад
Görəsən, ehtirasdan imtinanın məmnunluq yarat­maqla izah olunması öyrənmək istədiyimiz problemi anlamağa kömək edirmi, yəni doğrudanmı, özünü­dərkin güclənməsi ruhani uğurlardan doğur? Deyəsən, bir o qədər də yox. Vəziyyət bir qədər başqa cürdür. Burada ehtirasdan imtina olunmasından heç bir söz açılmır və sevgisi naminə fədakarlıq edilən ikinci şəxsdən və ya instansiyadan da danışılmır. Buradakı ikinci mühakimənin şübhə doğurduğunu biz tezliklə görəcəyik. Bu məqamda belə demək yerinə düşərdi: məhz böyük insan böyük nüfuz sahibi olduğu üçün bu mərtəbəyə qalxmışdır və ona olan sevgi onun vurğunlarına uğur gətirir, habelə böyük insan ataya bənzədiyinə görə bu cür güclü təsir göstərə bildiyindən kütləvi psixologiyada onun payına “Üst MƏN” rolunu oynamaq düşür. Bu dediklərimiz Musa ilə yəhudi xalqı arasındakı münasibətlərə uyğun gəlir və buradakı prosesin də buna oxşar olduğunu düşünmək olar. Ancaq başqa məqamlarda belə bir analogiya özünü doğrultmur. Ruhani tərəqqinin mahiyyəti birbaşa təsirinə uğradığımız duyğu ilə bağlı olan qavramaya qarşı yüksək intellektual prosesləri qoymaq və üstünlüyü ona verməkdir, daha doğrusu, xatirə, mühakimə və rəylərlə bağlı olan qavramanı daha vacib saymaqdır. Məsələn, analıq birbaşa duyğu orqanlarının vasitəsi ilə yaranır, atalıqda isə belə birbaşa duyğularla bağlı asılılıq yoxdur, ancaq buna baxmayaraq, atalıq bir dəyər kimi analıqdan üstün sayılır. Ona görə də uşağın atasının adı ilə tanınması və onun varisi olması doğru hesab olunur. Yaxud tanrı yel kimi və ya ruh kimi gözəgörünməz olsa da, onun ən böyük və ən qüdrətli olduğuna inanırlar. Göründüyü kimi, seksual və ya aqressiv ehtirasların cazibəsindən yayınmaq dediyimiz proseslərdən tamamilə fərqlənir. Həm də ruhanilik istiqamətində müəyyən uğurlar qazanılması, məsələn, atalıq hüququnun üstünlüyünün tanınması burada öz nüfuzunun miqyasına görə daha vacib olan başqa bir nüfuz sahibini aşkara çıxarmır. Bu hadisədə vacib nüfuz sahibinin yerini ata tuta bilməz, axı prosesi yönəltmir, onun özünü də yalnız ruhani tərəqqi nüfuz sahibinə çevirir. Nəticədə, belə bir fenomenlə qarşılaşırıq: bəşəriyyətin inkişafında ruhanilik tədricən hissiyyatlılığa qalib gəlir və insanlar hər belə bir uğura görə qürrələnir və yüksəldiklərini sanırlar. Ancaq bütün baş verənlərin nə üçün məhz belə olduğunu demək olmur. Daha sonra isə belə bir hadisə də baş verir: ruhaniliyin özü inancın tamamən anlaşılmaz bir fenomeninə çevrilir. Burada bəlli: “credo quia absurdum(absurd olduğu üçün də inanıram)” ehkamından söz gedir, bununla belə, bu sözü deməyə gəlib çıxmış hər bir kəs ruhani baxımdan yüksəlişə çatdığını sanır
  • Ziqmund Freyd
    Musa və təkallahlılıq
    • 378
    • 42
    • 3
    • 18
  • Войти или зарегистрироваться, чтобы комментировать