Xəyalцитирует4 года назад
Mitsi də mən deyəni deyir, indi öz fikrimi aça bilərəm. Bu, idarə sənədi deyil, şəxsi məktubdur. Elə başlanğıcından da görmək olur: “Hörmətli cənab!” Bundan əlavə, orda sizin yerölçən kimi qəbulunuza bircə kəlmə də işarə yoxdur, söhbət ümumi şəkildə daha çox qraflığa qulluqdan gedir, əslində burda da konkret bir söz deyilmir, eləcə yazır ki, “özünüz bildiyiniz kimi” qəbul olunmusuz, yəni qəbul olunmağınızın məsuliyyəti Sizin boynunuza düşür. Nəhayət, idarə baxımından sizi ən yaxın rəhbəriniz kimi mənim, kəndxudanın üstünə göndərirlər, o da sizə sonrakı işlər barədə məlumat verməlidir, bildiyiniz təki, bu məsələni də əsasən həll eləmişik. Rəsmi sənədləri oxumağı bacaran və bunun nəticəsində qeyri-rəsmi yazıları yaxşı başa düşən bir şəxs üçün bu, gün kimi aydındır. Sizin təki yad bir adamın belə şeydən baş çıxarmaması məni heç də təəccübləndirmir. Bütünlükdə götürsək, məktub onu deyir ki, sizin yalnız qraf qulluğuna götürüləcəyiniz təqdirdə Klamm şəxsən qeydinizə qalmaq niyyətindədir
  • Войти или зарегистрироваться, чтобы комментировать