az

Fyodor Dostoyevski

Fyodor Mixayloviç Dostoyevski — rus yazıçı, dünya ədəbiyyatının ən böyük yazıçılarından biri. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Uşaqlığını sərxoş ata və xəstə anasının yanında keçirən Dostoyevski, anasının ölümündən sonra Peterburqdakı Mühəndis Məktəbinə girdi. Atasının ölümünü burada xəbər aldı. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra İstehkam Müdirliyinə girdi. Bir il sonra istefa verərək buradan ayrıldı. Ordudan ayrıldıqdan sonra ədəbiyyata yönələn Dostoyevskinin ilk romanı Bədbəxt insanlar, 1846-cı ildə nümayiş olundu. Bu əsərinin ardından yazdığı kitablarla gözlədiyi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırıldı və siyasətlə maraqlanmağa başladı.

1849-cu ildə dövlət əleyhindəki bir sui-qəsdə qarışdığı iddiası ilə həbs olundu. Səkkiz ay həbsxanada qalan Dostoyevski, gülləyə düzülmək üzrəykən digər səkkiz məhbus yoldaşı ilə bağışlanıldı. Cəzası dörd il kürək, altı il də adi həbsə çevrildi. Cəzasını çəkməsi üçün Sibirdə olan OMSK həbsxanasına göndərildi. Burada keçirdiyi dörd ildən sonra ər rütbəsi ilə xidmətə verildi. Zabitliyə qədər yüksəldi. 1857-ci ildə Mariya Dmitriyevna İsayeva ilə evləndi. Beş il boyunca vəzifəsini yerinə yetirən Dostoyevski, 1859-cu ildə azad edildi və Peterburqda yaşamağa başladı.
годы жизни: 11 ноября 1821 9 февраля 1881

Впечатления

b0496531799делится впечатлением2 года назад
👍Советую

  • b7195595798делится впечатлением2 года назад
    🔮Мудро
    💡Познавательно
    🎯Полезно
    👍Советую

  • b1599972291делится впечатлением2 года назад
    👍Советую