Aleksandr Dümanın «Üç muşketyor» romanı fransız ədəbiyyatının ən gözəl əsərlərindən biridir. Az qala iki əsr bundan əvvəl yazılmasına baxmayaraq bu əsər müasir dövrdə də öz populyarlığını itirməyib. Maraqlı, dinamik süjet, macəra axtaran gənclərin dolğun obrazları, onlardakı şücaət göstərmək yanğısı, hisslərin romantikası — bütün bunlar təkcə Fransada deyil, onun sərhədlərindən çox-çox uzaqlarda da oxucuları valeh edir. Bu roman əsasında 1911-ci ildən etibarən onlarla film çəkilib və yenə də çəkilməkdə davam edir. «Üç muşketyor» elə bir ədəbi-bədii xəzinədir ki, zaman bu xəzinəni daha da zənginləşdirir, yeni ədəbi nəsillərin tükənməz sərvətinə çevirir.
Книгу «Üç muşketyor», автор которой — Aleksandr Düma, вы можете почитать на сайте или в приложении для iOS или Android. Книги, аудиокниги и комиксы электронной библиотеки Букмейт можно читать и слушать онлайн или скачивать на устройство, чтобы читать без интернета.