Payız səhəri idi. Bakı bulvarı sakitlik, səssizliyə bürünmüşdü. Çox vaxt iynə atsan yerə düşməyəcək sıxlıqda olan bulvarda bu dəfə 5–10 adam oyan-buyana gəzirdi. Bəlkə də axşama adam çoxalacaqdı… Evtanaziyadan bir neçə gün keçmişdi. Adi bir gənc: həyatda saysız-hesabsız uğur qazanmaq istəyən, amma heç birini edə bilməyən… Əlbət, Bakı bulvarı, Qız Qalası, İçəri Şəhər bunu bilmirdi. Bəlkə də bütün Bakının xəbəri yox idi. Sadəcə, Fərhadın yaxınları və doğmaları bilirdi…