1923-cü ildə İstanbulda çap edilən «Əsrimizin Siyavuşu» əsəri Rəsulzadənin dahi İran şairi Firdovsinin «Şahnamə»sindən təsirlənərək, hadisələri zaman və məkan etibarilə dəyişib İran-Turan müharibələri ilə əlaqələndirərək yazdığı bağımsızlıq ruhunda əsərdir. «Əsrimizin Siyavuşu» əsəri M.Ə.Rəsulzadənin Azərbaycan gənclərinə xitabəti ilə sona çatır: «Əvət, ey vətəndaşlar! Və dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz!»
Книгу «Əsrimizin Siyavuşu», автор которой — Məhəmməd Əmin Rəsulzadə, вы можете почитать на сайте или в приложении для iOS или Android. Книги, аудиокниги и комиксы электронной библиотеки Букмейт можно читать и слушать онлайн или скачивать на устройство, чтобы читать без интернета.