Qarşına əngəl çıxacaqdır, tufan, duman, qar olacaqdır, bunlarsız ötüşmək mümkün deyil. Amma sən belə düşün: başqaları uçmuşlar, onlar bu həngamələrdən keçmişlər, deməli, mən də keçəcəyəm.
Sənin qayırıldığın palçıq qurumuş, daşa dönmüşdür, bəlkə də bir zaman səndə yaşamış olan, indi isə dərin yuxuya getmiş musiqiçini, şairi, yaxud astronomu artıq dünyada heç bir şey oyada bilməz.
– ...amma unutmayın, buludlar dənizindən aşağıda əbədiyyətdir... – dedi