Nitsşenin «Antixrist» əsəri xristianlığa xəstəlik, nacinsləşmənin əlaməti kimi baxan ilk fəlsəfi işdir. Mülahizələrini güclü dəlil-sübut bazası üzərində qurmuşdu. Antik dövrlərin, qədim yunan və qədim roma alimlərinin, filosof və hüquqşünaslarının möhtəşəm mirası xristian adeptləri tərəfindən məhv edilmiş, inkar olunmuş və unudulmuşdur. Bütün bunları qaytarmaq üçün əsrlər gərək oldu, çox şey isə əbədi itirildi. Nitsşenin xristianlığı dərk etməsində açar sözlər bunlardı: «Xristianlıqda nə əxlaq, nə din gerçəkliyin heç bir nöqtəsinə toxunmur». Onun nəzərincə din — zəif insanın şəxsi fantaziya və yanlışlıqlar dünyasına sığınıb gizlənmək cəhdidir.
Книгу «Antixrist», автор которой — Fridrix Nitsşe, вы можете почитать на сайте или в приложении для iOS или Android. Книги, аудиокниги и комиксы электронной библиотеки Букмейт можно читать и слушать онлайн или скачивать на устройство, чтобы читать без интернета.
Yaxşı nədir? – İnsanda hakimiyyət hissini, hakimiyyətə çatmaq iradəsini, hakimiyyətin özünü artıran bütün hər şey. Pis nədir? – Zəiflikdən baş verən bütün hər şey. Xoşbəxtlik nə deməkdir? – Artan hakimiyyət hissi, əks fəaliyyətin adlanıb keçilməsi hissi.